İctimai İslahatlar və Səhiyyə Mərkəzinin tenderi ləğv edildi

İQTİSADİYYAT
21:30 / 08.08.2023
415

İctimai İslahatlar və Səhiyyə Mərkəzi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini pozub. 

Hit.az xəbər verir ki, bu baxımdan Mərkəzin keçirdiyi tender ləğv edilib. 

Tender ÜST və HBSC metodologiyası əsasında Azərbaycanda məktəblilərin sağlamlıq davranışı ilə bağlı Bakı və regionlar üzrə seçilmiş təxminən 170 məktəb və 8000 məktəbli arasında sorğunun aparılması və aparılmış sorğu üzrə beynəlxalq ekspertlərin cəlb edilməsi ilə hesabatın beynəlxalq hesabat sistemlərinə uyğun tərtib edilməsi və maraqlı tərəflər üçün təqdim edilməsi ilə bağlı keçirilib. 

Qanunun tələbləri pozulduğu üçün tender İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında ləğv edilib. 

Anar

0