\"Fresh Fruits Company\" istehlakçıların hüquqlarını pozub

19:22 / 09.08.2023
520

"Fresh Fruits Company" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Hit.az-ın məlumatına görə, şirkət barəsində idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

İşə 22.08.2023-cü il tarixində Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Aydın

0