“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.
Hit.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatında verilib.
231.3-cü maddəyə görə xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Anar