"FRUKT.İS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
HİT.az-ın məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İş Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun icraatındadır.
Samir