Sabiq xanım deputatın oğlunun şirkəti məhkəməyə verildi

İQTİSADİYYAT
21:10 / 10.08.2023
623

"Sabah Residence” Mənzil Tikinti Kooperativi (MTK) məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Rzayev Məhərrəm Əsvər oğludur. 

İddia Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır. İşin mahiyyəti podrat müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Sabah Residence” MTK sovet dövründə tikilən binaların yerində yenilərinin inşası ilə əlaqədar pilot layihənin icraçısıdır. Şirkət 30 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 625 AZN-dir. "Sabah Recidense” MMC-nin qanuni təmsilçisi Səfərov Abil Səməd oğludur. 

Şirkətin təsisçisi "Qala Group” MMC-dir. Abil Səfərov bu şirkətdə direktor vəzifəsində çalışır. Eyni zamanda şirkətin qanuni təmsilçisidir. 

"Qala Group”un təsisçisi və müşahidə şurasının sədri isə Orxan Mustafayevdir. O, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur. 

"Qala Group” MMC və "Sabah Recidense” MMC "İdeal Concept Group” şirkətinə daxildir. Orxan Mustafayev bu şirkətin prezidentidir.

 

0