"İnter" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Hom-Paş Prestij" Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.
Hit.az-ın məlumatına görə, hər iki şirkətlə bağlı məhkəməyə Abdullayev Tahir Məzahir oğlu müraciət edib.
O, hər iki şirkəti yaşayış və qeyri-yaşayış sahələri üzrə satdıqları əmlaka görə müqavilədən əmələ gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının sədrliyi ilə baxılacaq.
Aydın