Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,23% artaraq 91,40 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, ötən gün “Azeri Light” (CIF) 91,19 dollara ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.