İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Cybernet” MMC olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Vergi Xidməti məlumat bazalarında optimallaşdırma işlərinin görülməsi və texniki dəstəyin təmin edilməsi xidmətlərinin satın alınmasına görə, “Cybernet” MMC-yə 4 milyon 115 min 500 manat 2 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 min manat olan “Cybernet” MMC 2004-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev 11 -da yerləşən MMC-nin qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.