“Aktiv Qrup” xaricə valyuta çıxarıb? - Şirkət cərimələnə bilər

İQTİSADİYYAT
18:59 / 14.08.2023
455

“Aktiv Qrup” MMC barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham olunur. 

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Quliyevanın sədrliyi ilə baxılacaq. 

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Anar

0