Qaxda yol tikintisi üçün AAYDA-ya 4,9 milyon manat ayrıldı

İQTİSADİYYAT
14:16 / 16.08.2023
393

Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 4,9 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

0