5.7 milyon manat kapitalı olan şirkət “Azərşəkər”ə birləşib

İQTİSADİYYAT
21:59 / 17.08.2023
753

“Natural Aqro” MMC “Azərşəkər” MMC-yə qoşulduğunu elan edib.

“APA-Economics” xəbər verir ki, “Natural Aqro” MMC “Azərşəkər” MMC-yə qoşulduğundan “Azərşəkər” MMC yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, “Natural Aqro” MMC 08.06.2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 5 milyon 667 min manatdır, qanuni təmsilçisi isə Mehdiyev Anar Rəsuloğludur.

0