"Azsığorta” ilə “Azəristiliktəchizat” arasında məhkəmə çəkişməsi

İQTİSADİYYAT
18:18 / 22.08.2023
791

“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib.

Hit.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. 

İş üzrə sentyabrın 22-nə məhkəmə hazırlıq iclası təyin edilib. 

İşin mahiyyəti barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

"Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Anar

0