Balakən Rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhəri üzrə Nümayəndəliyi “Şans-16” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Hit.az xəbər verir ki, şirkət Nümayəndəliyin Balakən şəhərində 2023-cü ildə aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Satınalma müqaviləsinin maliyyə dəyəri 90 796,1 AZN təşkil edir.
“Şans-16” MMC 1 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Süleymanov Süleyman Zahid oğludur.
“Şans-16” MMC və Süleyman Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı aydın olub ki, şirkət əsasən Qax, Balakən, Zaqatala, Qəbələ və Oğuz rayonlarının yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur.
Anar