Azərbaycana son 5 ildə turist axınında azalma baş verib - RƏQƏMLƏR

İQTİSADİYYAT
19:55 / 23.08.2023
520

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, gələnlərin 32,8 %-i Rusiya Federasiyası, 18,2 %-i Türkiyə, 7,4 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Qazaxıstan, 2,3 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Belarus, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 %-ni kişilər, 29,5 %-ni qadınlar təşkil edib.

Bəs son illərdə Azərbaycana gələn əcnəbi vətəndaşları sayı necə dəyişib?

Hit.az bununla bağlı olaraq, son illərin ⁷rəqəmlərini araşdırıb.

Rəsmi rəqəmlərə əsasən, 2018-ci ildə Azərbaycana turist axını 2017-ci illə müqayisədə 5,7% - 2 mln. 849,6 min nəfərdək artıb. Rusiyadan gələnlərin xüsusi çəkisi 30,9%, Gürcüstandan – 21,4%, Türkiyədən – 10,2%, İrandan – 8,5%, BƏƏ-dən – 3,3% artıb.

Eyni zamanda, turistlərin 66,1%-ni kişilər, 33,9%-ni isə qadınlar təşkil edib.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 6,7% - 112,5 min nəfərədək artıb.

*2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin göstəricisindən 11,3% çox olub. 2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci illə müqayisədə 11% - 3 milyon 170,4 min nəfərə qədər artıb. Gələnlərin 29,4%-i Rusiya Federasiyası, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub”, - Komitədən bildirilir.

Gələnlərin 66,6%-ni kişilər, 33,4%-ni isə qadınlar təşkil edib.

2019-cu il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3% artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,3% artaraq 1 mln. 141,5 min nəfər olub.

2019-cu ildə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (84,2%), Hindistan (66,8%), Çin (62,4%), Misir (55,6%), Malayziya (54,9%), Səudiyyə Ərəbistanı (46,3%), Macarıstan (33,6%), Polşa (31,1%), Özbəkistan (28,4%), İspaniya (24,2%), Filippin (24,6%), Böyük Britaniya (25,5%), Qazaxıstan (25,7%), Cənubi Koreya (19.9%), Gürcüstan (18,8%) və Almaniya (19,2%) vətəndaşları arasında qeydə alınıb.

*2020-ci ildə isə Azərbaycana 795,7 min və ya əvvəlki illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 
Turist axınının kəskin azalmasına səbəb koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi olub.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil edib.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,0 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olub.

*2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər etmişdir. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.
2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.

*Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.
2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36,0 faiz, Gürcüstandan - 31,2 faiz artıb.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.

Son illərin qeyd edilən rəqəmlərindən də göründüyü kimi, ölkəmizə gələn turistlərin sayında bəzi illərdə azalma, bəzilərində artım var. Sadəcə 2018-ci ilin eyni dövrünə nəzər yetirək. 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min şəxs gəlib. Bu da cari ilin eyni dövrü ilə müqayisədə azdır.

 Rəsmi rəqəmlərə əsasən, bu il, ötən illərlə müqayisədə turist sayında artım müşahidə edilir. Fəqət, yalnız bu ili müqayisə etməyib, ümumilikdə tarixlərə nəzər yetirsək, turist sayında azalmanın da olduğunu görə bilərik. Son 5 ildə ən çox turist axını isə 2019-cu ildə 3 milyon 170,4 min nəfər qeyd olunub.

Leyla

0