29 saniyəyə satılan mənzillər - Problem kimdədir? 

İQTİSADİYYAT
10:20 / 24.08.2023
763

"MİDA-da günah görmürəm, günah proqramı hazırlayıb və sistemə nəzarət edənlərdədir”.

Bunu HİT.az-a açıqlamasında mənzil eksperti Nüsrət İbrahimov MİDA-ın sonuncu 29 saniyəlik mənzil satışı ilə bağlı şikayətlərin cavablandırılması prosesindən danışarkən deyib. 

Ekspert bildirib ki, sonuncu satışla bağlı daxil olan bütün şikayətlər ilk öncə fərdi qaydada araşdırılandan sonra ictimaiyyətə geniş məlumat veriləcək: 

"Məndə olan məlumata görə, MİDA əvvəlcə şikayətlərin cavabını fərdlərə ünvanlayır. İş olan yerdə belə problemlər həmişə qaçılmazdır. İkincisi  bu problem MİDA-nın deyil, sistemi hazırlayıb və sistemə nəzarət edənlərdədir. Onlar bütün yükləməni və internetin sürətini nəzərə almırlar, ya da proqramın hazırlanmasında texniki qüsur olur”. 

Nüsrət İbrahimov mənzil bazarında MİDA-ın özünəməxsus yeri olduğunu qeyd edib:

"Yeni Yasamalda bir kv-ı 950 manata mənzil satır. 950 manata Yeni Yasamalda mənzil yoxdur. Orada ən ucuz və keyfiyyətsiz mənzilin bir kv-ı 1500, yaxşıları isə 2000-2500 manata, Hövsanda 850 manata satılır. Hövsanda bir kv-ı 1200 manatdan aşağı mənzil yoxdur, yeni tikilərdə bu rəqəm 1200-1500 manat təşkil edir. Bunun nəyi pisdir? Sadəcə, olaraq tələb yüksəkdir”. 

Qeyd edək ki, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sonuncu satışı zamanı mənzil seçimi 29-cu saniyədə baş tutub. 

Azra

0