Azərbaycanda 2023-cü ilin ilk yarımilliyi (yanvar-iyun) üzrə daşınmaz əmlak əldə etmiş əcnəbilərin statistikası açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 909 əcnəbi əmlak alıb. Bunlardan 73-ü alqı-satqı yolu ilə həyata keçirilib.
Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər arasında Rusiya vətəndaşları (705) üstünlük təşkil edir. İkinci yerdə Gürcüstan vətəndaşları (68), üçüncü yerdə Türkiyə vətəndaşları (25) gəlir.
Mənzil alan xarici vətəndaşlar arasında sonrakı sıralarda İran (21), Ukrayna (18) Qazaxıstan (10), Albaniya (8), Özbəkistan (8), Almaniya (6), Qırğızıstan (5), Türkmənistan (4), Böyük Britaniya (3), Latviya (3), Küveyt (3), Belarus (3), İsrail (2), Niderland (2), Pakistan (2), Çin Xalq Respublikası (2), ABŞ (1), BƏƏ (1), Əfqanıstan (1) Fransa (1), İraq (1), İsveç (1), Livan (1), Makedoniya (1), Misir (1), Belçika (1), Hindistan (1) ölkələrinin vətəndaşları yer tutur.
Xatırladaq ki, 2022-ci ilin 11 ayı ərzində Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 1364 əcnəbi vətəndaş ev alıb.
2021-ci ilin eyni dövründə isə ölkədə 1317 mənzil digər ölkələrin vətəndaşlarına satılıb.