Neçə gün məzuniyyətə çıxmaq hüququmuz var? - AÇIQLAMA 

İQTİSADİYYAT
14:27 / 29.08.2023
911

"İş yerlərinin öz istədikləri kimi məzuniyyət verib-verməmək ixtiyarı yoxdur".

Bu sözləri HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyib.

O qeyd edib ki, Əmək Məcəlləsində hər bir insanın təqvim ilinə uyğun olaraq konkret məzuniyyət hüququ var:

"Bu məzuniyyət hüququna görə Azərbaycanda minimum məzuniyyət günlərinin sayı 21-dir. Yəni il üzrə 21 gündən aşağı məzuniyyət günü yoxdur. Təbii ki, məzuniyyət hüququnun yaranması üçün də şərtlər var. Bir iş yerində çalışmağa başladıqdan 6 ay sonra məzuniyyətə çıxmaq hüququ yaranır. Bir il ərzində götürə biləcəyiniz məzuniyyət günlərinin minimal sayı da 21 gündür".

332760

Ekspert əlavə edib ki, bəzi şəxslərin məzuniyyət günləri 30 gündür:

"Bir növ məsuliyyəti olmayan adi işçilərin məzuniyyət müddəti 21 gündür. Bu, il üzrə minimal olsa da, bəzi məzuniyyət günlərinin sayı isə 30 gündür. Əmək Məcəlləsində hansı işçilərin 30 günlük məzuniyyətə çıxa biləcəyi göstərilib. Bura xüsusi vəzifələr və məsuliyyəti olan işçilər daxildir. 21 və 30 gün il ərzindəki əsas məzuniyyətlər hesab olunur. Bütün işçilərin ən azı 21 gün məzuniyyəti olmalıdır. Məsul işçilər, aparıcı şəxslər və rəhbər vəzifəlilər də 30 gündən az olmayaraq məzuniyyətə çıxırlar".

Xalid Kərimli diqqətə çatdırıb ki, bəzi hallarda məzuniyyət günlərinin sayı arta da bilər:

"Həmçinin, 2,4 və 6 gündən ibarət əlavə məzuniyyət hüququ da var. Əgər sizin ümumi iş stajınız 5-10 il arasındadırsa, il ərzində əlavə 2 gün, 10-15 il arasındadırsa əlavə 4 gün, 15 ildən yuxarıdırsa əlavə 6 gün məzuniyyət məzuniyyət nəzərdə tutulur. Məsələn, əgər məsul vəzifədə çalışır və 15 ildən çox iş stajınız varsa, onda 36 gün məzuniyyətə çıxa bilərsiniz. Həmçinin, adi işçisiniz və 15 ildən çox stajınız varsa 27 gün məzuniyyətə çıxmaq imkanınız var. 

Buna baxmayaraq, bəzi xüsusi iş yerlərində bu hesablamalar bir az fərqlidir. Lakin məzuniyyətlə bağlı Əmək Məcəlləsində tətbiq olunan ümumi qaydalar belədir".

Pərviz

0