"AGR GROUP" və "SOUTH POTATO" MMC-lər məhkəməlik olub.
Hit.az-ın məlumatına görə, hər iki şirkətə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) 447.0.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
Hər iki iş Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Aydın