"Tramvay yollarının istifadəyə verilməsi müzakirə edilən məsələlərdəndir. Bu istiqamətdə yaxın illərdə addımların atılacağı gözləniləndir. Bunun üçün infrastruktur genişləndirilməlidir".
Bunu BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, Bakının bəlli yerlərində, xüsusən Avropa şəhərlərində olduğu kimi tramvay xətlərinin istifadəyə verilməsi vacib məsələdir: "Bu həm nəqliyyatdakı tıxacın azaldılması, həm də şəhərin dizaynı baxımdan məqsədəuyğun olardı.
Eyni zamanda ictimai nəqliyyatın dənizdən istifadə səviyyəsinin artırılması, ayrıca yolların ayrılması tıxacların qarşısının alınmasında prioritetdir".