Metropolitendə sıxlıq problemi: Pik saatlarda interval azaldılacaq?

İQTİSADİYYAT
17:43 / 30.08.2023
854

Hər gün pik saatlarda Bakı Metropoliteninin "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Nizami" kimi stansiyalarda ciddi sıxlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına da az qaldığını nəzərə alsaq, sıxlığın daha da artacağını demək olar. Üstəlik, qatarlar 4-5 dəqiqə ərzində gəlir. 

Bu sıxlığın qarşısını almaq üçün interval nə üçün azaldılmır? 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, bu həftədən etibarən ehtiyat qatarlarının zamanla xəttə verilməsinə başlanılıb:

"Bu məsələ gündəlik monitorinqlərimizin tərkib hissəsidir. Metropolitendə sərnişinlərin qismən artımı bu bazar ertəsindən etibarən müşahidə olunmağa başlayıb. Buna qədər iyul, avqust ayında orta temp qorunub saxlanılırdı. Sərnişin sayı artmasa belə, müəyyən sıxlıqlar müşahidə olunur. Buna uyğun olaraq, bu həftədən etibarən ehtiyat qatarlarının zamanla xəttə verilməsinə başlanılıb. Monitorinqlərimiz hər gün davam edəcək. Sentyabrın 1-dən sonrakı dövr üçün artıq metropolitendə bir sıra başqa işlərin də aparılması gözlənilə bilər".

Aynur Əli

0