“Met-AK” 11 min manat borcunu geri aldı

İQTİSADİYYAT
19:52 / 01.09.2023
562

"Met-Ak" şirkəti ilə "Sadə LTD" MMC arasında məhkəmə işi başa çatıb. 

Hit.az xəbər verir ki, “Met-Ak” borc mübahisəninə görə “Sadə LTD” MMC-ni məhkəməyə vermişdi.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında idi. 

İş materiallarından məlum olur ki, “Sadə LTD”nin “Met-Ak”a 11 727,05 AZN borcu olub. 

Lakin “Sadə LTD” məhkəməyə qədər borcu qaytarıb. Bu baxımdan “Met-Ak” məhkəməyə ərizə ilə müraciət edərək iddiasının geri qaytarılmasını xahiş edib. 

Məhkəmə şirkətin vəsatətini təmin edib.

Anar

 

 

0