Universitetlə "tender kralı" arasında qalmaqal - 3 milyonluq manatlıq tender...

İQTİSADİYYAT
16:32 / 02.09.2023
630

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "Tikinti Bərpa Firması" MMC arasında alqı-satqı müqavilələrinə dair mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, bu mübahisədən dolayı universitet şirkəti məhkəməyə verib.

İddia Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın icraatına verilib. 

İş üzrə 3 dəfə məhkəmə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iclası zamanı isə icraat dayandırılıb. Səbəb məhkəmənin ekspertiza təyin etməsi ilə bağlı olub.

"Tikinti Bərpa Firması" MMC tender kralı kimi tanınır. Şirkət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də tenderlərini qalibi olub.

Xüsusilə, 2020-ci ildə şirkət universitetdən iri bəbləğdə sifariş alıb. Bunlardan biri cari təmir işləri ilə bağlı olub ki, satınalma müqaviləsinin maliyyə dəyəri 2 515 152,79 AZN təşkil edib. Digər sifariş isə abadlıq işləri əlaqədar olub və şirkətlə universitet arasında 545 019,2 AZN dəyərində satınalma müqaviləsi imzalanıb. 

İddialara görə məhkəmə çəkişməsinin kökündə də bu məsələ dayanıb. Universitet görülən işlərdən narazı qalıb və bundan sonra məhkəməyə müraciət edib. Ekspertizanın təyin olunmasının da görülən işlərin dəyərləndirilməsi ilə bağlı olduğu bildirilir.

0