Azərbaycanda çörəyin qiyməti yenə bahalaşacaq?

İQTİSADİYYAT
13:40 / 05.09.2023
643

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşün prioritet mövzusu "Taxıl sazişi"nin bərpası olub. 

Ərdoğanın sözlərinə görə, Türkiyə taxıl müqaviləsinin bərpası üçün yeni təkliflər paketi hazırlayıb.

Prezident vurğulayıb ki, Türkiyə Ukraynada vasitəçiliyi öz üzərinə götürməyə hazırdır.

Maraqlıdır, "Taxıl sazişi" yenidən imzalanmasa, Azərbaycanda un məmulatlarının qiymətində yenidən artım ola bilər? 

Hit.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, "Taxıl sazişi"nin bərpa olunması gözləniləndir:

333163

"Bu sazişin ləğv edilməsi Rusiyanın özünə də ciddi ziyan vurur. Bu il dünyada ötən ilkindən çox taxıl toplanıb, məhsuldarlıq yüksəkdir. Dünya bazarında ərzaq buğdasının həcmində 20 faiz artım var, yəni bu il ərzaq buğdasının həcmi 200 milyon tonu ötüb. Ona görə də dünya bazarında taxılın qiymətində ciddi dəyişiklik vaş verməyəcək. Sadəcə Ukrayna fermerlərinin qazancı bir qədər aşağı düşəcək".

Onun sözlərinə görə, ölkəmizdə un və çörəyin qiyməti bahalaşmayacaq: 

"Digər tərəfdən də biz idxal buğdasını adətən Rusiyadan alırıq. Rusiyada isə buğdanın qiyməti ucuzlaşır. Rusiya Qara dəniz yolunu itirdiyinə gör buğdanın rüsumlarını aşağı salmağı düşünür. Bu da Azərbaycana gələn buğdanın qiymətinin ya sabit qalacağı, ya da ucuzlaşacağını hədəfləyir. Rusiya 2021-ci ildə 38 milyon ton, 2022-ci ildə 45 milyon buğda ixrac edib. 2023-cü il ərzində isə 48 milyon ton buğda ixrac edə biləcək. Yəni, 2 il ərzində Rusiya buğda ixracatını 10 milyon ton artırıb. Yəni, burada Ukraynanın kənd təsərrüfatı məhsullarının, buğdasının dünya bazarına çıxmasının əngəllənməsi dünya bazarı üçün sığortalanmış məsələdir. Ona görə də düşünürəm ki, unun, çörəyin bahalaşacağını gözləmirəm".

Aynur Əli

0