Pensiya, maaş və sosial müavinətlər artılır? - AÇIQLAMA

İQTİSADİYYAT
14:42 / 06.09.2023
1015

Son günlərdə Azərbaycan neftinin qiyməti durmadan artmaqdadır.

Nəzərə almaq lazımdır ki, hazırda "Azeri Light" markalı neftin qiyməti büdcədə nəzərdə tutulandan kifayət qədər çoxdur. Bu isə büdcəyə yenidən baxılması məsələsini gündəmə gətirir. Bəzi ekspertlər hesab edirlər ki, neftin qiymətinin artması fonunda yaxın aylarda sosial müavinətlər, pensiyalar və minimum əmək haqqı yenidən artırıla bilər.

Bəs bu nə dərəcədə həqiqətə uyğundur? İlin sonuna doğru sözügedən artımlar gözlənilirmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə xatırladıb ki, 2023-cü ilin büdcə xərcələrinə bir dəfə yenidən baxılıb və müvafiq artımlar edilib:

333242

"Bu artımlara gedilməsi də neftin faktiki bazar qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olmasına əsaslanıb. Bu il təkrar belə bir addımın atılacağı ehtimalını zəif görürəm. Xüsusilə də anti-inflyasiya siyasəti baxımından büdcə xərclərinin bu şəkildə artırılmasının məqsədəuyğun olacağını düşünmürəm. Ümumiyyətlə, büdcə planlaşdırması və iqtisadi siyasətin proqnozlaşdırıla bilən olması baxımından bu tipli addımların adətən ilin birinci yarısında atılması daha məqsədəuyğundur. 

İlin sonuna doğru onsuz da büdcədən xərcləmələr hər il daha çox olur, bunun daha da artırılması inflyasiyanı sürətləndirə bilər. Yəqin ki, sosial müavinətlər, pensiyalar və minimum əmək haqqının yenidən artırılması artıq gələn ilin büdcəsində nəzərdə tutulacaq".

Pərviz

0