Azərbaycan nefti cüzi ucuzlaşıb. Belə ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,69 % azalaraq 95,75 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 90,35 ABŞ dollarına satılıb.
Maraqlıdır, bu Azərbaycana necə təsir edəcək?
İqtisadçı Fuad İbrahimov bildirib ki, ucuzlaşmanın baş verməsi gəlirimizin azalması deməkdir:
"Bu proses, yəni müəyyən barelin ucuzlaşması normal haldır. Bu gün dünya birjalarında hansısa şiddətli baha və uculaşma halı baş vermir. Əslində sabit halda üfiqi dalğalanır. Bunun da hər hansısa problemi yoxdur. Ümumilikdə isə ucuzlaşmanın baş verməsi gəlirimizin azalması deməkdir. Bizim iqtisadiyyat əhəmiyyətli dərəcədə korbohdirogen ehtiyatlarından asılıdır. Bu gün istənilən ucuzlaşma bizim üçün arzuolunmazdır. Çünki qiymət ucuzlaşdıqca gəlirimiz azalır. Ümumilikdə indiki qiymət büdcədə nəzərdə tutulan xərclərdə neft qiymətindən kifayət qədər aşağıdır. Bu səbəbdən də hər hansısa makroiqtisadi səviyyədə problemimiz yoxdur".
Aynur Əli