İqtisadçı: "Payızda ərzaq qiymətləri yenidən bahalaşacaq"

İQTİSADİYYAT
18:18 / 07.09.2023
714

"Noyabrdan etibarən yeni qiymət artımı dalğasını görəcəyik".

Bu sözləri Hit.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, payıza doğru ərzaq qiymətlərində yenidən artım gözləniləndir:

"Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münaqişəsi fonunda görülən proseslər qiymət artımına birbaşa təsir göstərir. Azərbaycanda da yazılmamış qanunlar var. Həmişə noyabr ayından yanvar ayına qədər ərzaq məhsullarının qiyməti artır. Yerli məhsullar noyabrda, dekabrda bazardan çəkildikcə xaricdən gətirilən məhsullar bazarda daha çox yer almağa başlayır ki, bu da qiymətlərə təsir göstərir. Bizim ərzaq təminatımız 25 faizdən yüksək deyil. Yəni, 75 faiz idxaldan asılıyıq. Bununda fonunda bazarda idxal məhsulları artan, yerli məhsulların azalması baş verən kimi qiymətlər də artır. Ona görə də çox təəssüf ki, noyabrdan etibarən yeni qiymət artımı dalğasını görəcəyik. 

Aynur Əli

1