Banklar bağlanma təhlükəsi ilə üz-üzə: "Sahibkarın pulu batır..."

İQTİSADİYYAT
14:35 / 08.09.2023
617

Son günlər bəzi bankların bağlanacağı ilə bağlı fikirlər səsləndirilir. "Premium Bank"ın ardınca "Yelo Bank"ın da bağlanacağı ilə bağlı iddialar səsləndirilir.

Maraqlıdır, hansı banklar real bağlanma təhlükəsi ilə üz-üzədir?

Hit.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bəzi banklar bu təhlükəni yaşayır:

"Belə təhlükə var. Bəzi bankların vəziyyəti ağırdır, problemli kreditləri var, pullarını qaytara bilmirlər, pul çatmır, bank qarantiyaları veriblər və o qaranatiyalar üzrə ödəniş etməlidir. Amma bankların adını çəkərək həmin banklarda ajiotaj yaratmaq istəməzdim. Təhlükənin olması o demək deyil ki 100 faiz bağlanacaq. Ola bilər ki, son anda həmin bankların ya səhmdarları əlavə pul qoysun və bu problemi həll etsinlər. Vətəndaşlar üçün burada qorxulu bir şey yoxdur. Çünki vətəndaşların əmanətləri bir qayda olaraq sığortalıdır. Amma sahibkarlar və şirkətlər üçün təhlükə var. Çünki təcrübədən bilirik ki, bağlanan banklarda sahibkarın pulu nəinki batır, onların ləğvini həyata keçirən Əmanətlərin Sığortalanması Fondu bu prosesi qeyri-şəffaf və qanunsuz aparır, olan qalan pulun başına daş salır. Ona görə də sahibkarlar gərək bank seçərkən çox ehtiyatlı olsunlar".

Aynur Əli

0