“Ladom” MMC barəsində inzibati iş başlanıb.
HİT.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
428.7.1-ci maddədə fiziki şəxslərin 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslərin isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Anar