“Ləzzət Biskivit və Şokolad Fabriki” 1500 manat cərimələnə bilər

İQTİSADİYYAT
21:50 / 11.09.2023
510

“Ləzzət Biskivit və Şokolad Fabriki” MMC barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Anar

0