MTK rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

İQTİSADİYYAT
18:44 / 11.09.2023
475

“Azər-Ross İ K” Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb. 

Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev qətmanə çıxarıb. 

İş materiallarından məlum olur ki, “Azər-Ross İ K” MTK-nın vergi borcu olub. Şirkət borcu ödəmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.

Hazırda MTK-nın 33 025, 54 AZN vergi borcu var. 

Ötən il şirkətin 5 505 787 manat vergi borcu olub. “Azər-Ross İ K” MTK paytaxtda yaşayış binaları inşa edir. 

Anar

0