Son günlər havanın temperaturu 22 dərəcəyədəl düşüb və ölkədə yağmurlu hava şəraiti müşahidə olunur. Havaların soyuması ilə qaza olan təlabat da artır.
Bəs, qışa hazırlıq hansı səviyyədədir?
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Hit.az-a bildirib ki, may ayından hazırlıq prosesinə start verilib:
"Hər il olduğu kimi may ayından payız-qış mövsümünə hazırlıq prosesinə start verilib. Burada korroziyaya uğrayan hissələrin dəyişdirilməsi, soyuq havalarda şaxtaya dözməyəcək xətlərin hissəyə bölünərək kəsilib yeniləri ilə əvəz olunması, yeraltı xətlərin yerüstü dayaqlar üzərinə qaldırılması, onların boyanması, siyirtmələrin payız-qış aylarında sazlığının yoxlanılması, yeniləri ilə əvəzlənməsi, avadanlıqların yenilənməsi, sızma hallarının yoxlanılması aparılıb. Həmçinin, bizim "Açıq qapı" aksiyamız var ki, əyalətlərdə, regionlarda abonentlərlə, vətəndaşlarla görüşə həsr olunub. Bu da indi daha çox intensivləşib. İndidən bilmək, öyrənmək istəyirik ki, hansı abonentin hansı problemi var, indidən o problemlər aradan qaldırılsın".
Aynur Əli