AYNA-dan Sumqayıt avtobusları ilə bağlı HİT.az-ın sorğusuna RƏSMİ CAVAB

İQTİSADİYYAT
15:00 / 13.09.2023
789

Bir müddət öncə saytımıza Sumqayıtdan Bakıya gələn avtobuslarla bağlı şikayət daxil olmuşdu.

Şikayətçilər Sumqayıtda "20 Yanvar" metro stansiyasına qədər gələn kiçik tutumlu avtobuslarda gediş haqqının 1 manat olduğunu, amma Abşeron Gənclər Şəhərciyindən (Riyaddan) minən sərnişinlərdən də artıq pul alındığını demişdilər. Hərçənd ki, əvvəllər yolun yarısından minən sərnişinlərdən 50 qəpik gediş haqqı alınırdı. Şikayətçilərin sözlərinə görə, sürücülər bir müddətdir həmin məsafə üçün də 1 manat ödəniş tələb edirlər. Sərnişinlər həmin məsafəni 1 manata getməyi qanunsuz adlandıraraq etiraz edirdilər. Bununla bağlı da redaksiyamıza şikayət məktubu ünvanlanmışdı.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov HİT.az-ın sorğusuna cavab verib:

333697

"Sumqayıt şəhərindən paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətinə xeyli sayda mikroavtobuslarla qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərilir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən qeyri-qanuni olaraq şəhərlərarası (rayonlararası) sərnişindaşımanın göstərilməsi hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mütəmadi monitorinqlər aparılır. Sərnişinlərə tövsiyə edirik ki, səfərlərini yalnız qanuni daşıyıcılarla həyata keçirsinlər".

Pərviz

0