“Dəvəli” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulur.
“Dəvəli” ASC 2001-ci ildən fəaliyyət göstərir. Şirkət mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar, mətbəx və vanna otaqları üçün xüsusi dizaynlar kimi geniş həcmli məhsullar istehsal edir.
Anar