Bakı Metropolitenində 7 dəqiqəlik intervalın səbəbi nədir? - Rəsmi cavab

İQTİSADİYYAT
15:36 / 20.09.2023
888

Xəbər verdiyimi kimi, ötən gün Bakı Metropoliteninin "Əcəmi" stansiyasında sərnişinlər 7 dəqiqə qatar gözləməli olub.

"Əcəmi"nin "Dərnəgül" istiqamətində "20 Yanvar"a hərəkət edən qatar 6:42 dəqiqə sonra gəlib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var:

"Son 2 gündür sıxlıq müşahidə olunduğu üçün ehtiyat qatar xəttə verilir. Burada ən vacib nüans hər bir qatar 12-20 saatdan sonra elektrik deposuna göndərilir. Əvəzləmə olarkən, ehtiyat qatarın xəttə verilməsi və səhər gur saatdan sonra sonuncu qatarların xətdən çıxarılması ilə bağlı belə bir mənzərə yarana bilər. Yəni, bu, hələlik gün ərzində 1 dəfə ola biləcək haldır. Təxminən 10 günlük monitorinqimiz başa çatandan sonra daha dəqiq mexanizmlər müəyyən edəcəyik. Xüusən Koroğlu stansiyası bu dəqiqə ən çox sərnişin daşınan stansiyadır. Ən sıx cədvəl oradadır. Monitorinqlərdən sonra bu problemlər qaydasına düşəcək.".

Aynur Əli

0