“Azərbaycan Avtomobil Evi” məhkəməyə verildi

19:40 / 25.09.2023
654

“Azərbaycan Avtomobil Evi” MMC barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İşə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq. Oktyabrın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.  

347-ci maddədə vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

“Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.

Anar

0