“Azərinşaatservis” MMC barəsində inzibati iş başlanıb.
HİT.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
347-ci maddədə vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə nəzərdə tutulur.
Anar