Məşhur veteranın qızının ölkədən çıxışına “stop” qoyula bilər

İQTİSADİYYAT
20:56 / 02.10.2023
560

Qazax Rayon Veteranlar Şurasının sədri olmuş Müseyib Dilbazinin qızı Dilşad Dilbazinin ölkədən çıxışı məhdudlaşdırıla bilər. 

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 1 saylı Ərazi Vegrilər İdarəsi Dilşad Dilbazi barəsində xüsusi icraat qaydasından məhkəməyə ərizə ilə müraciət edib. 

Onun ərizəsi Gəncə Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. 

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan ibarətdir. 

Müseyib Dilbazi II Dünya müharibəsi veteranıdır. Qazaxda, eyni zamanda kifayət qədər tanınan Müseyib Dilbazi 2011-ci ildə 88 yaşında dünyasını dəyişib. 

0