Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmirinə 387 679 AZN xərcləyəcək.
Hit.az xəbər verir ki, MKTB bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Proqress İnşaat EN” MMC seçilib.
“Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Yasamal Rayon MKTB Yasamal Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
Anar