Neftin qiymətində ucuzlaşma? - "Azərbaycana təsiri..."

İQTİSADİYYAT
19:57 / 05.10.2023
543

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 1,06% azalaraq, 1 barelə görə 89,75 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,83% azalaraq, 88,07 dollar olub.
Bəs bu faizi Azərbaycan üçün böyük hesab etmək olarmı?

İqtisadçı Fuad İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, bugünki dəhliz Azərbaycan üçün qətiyyən təhlükəli səviyyə deyil:

"Pandemiya dövründə neft dünyasında qiymətlərdə faciə vardı. Neft qiymətləri bu dövrü yaşadığı üçün çox həssas durumdadır. Amma bugünki dəhliz Azərbaycan üçün qətiyyən təhlükəli səviyyə deyil. Büdcədə nəzərdə tutulan xərclərin səviyyəsindən üstündür. İkincisi, Azərbaycanda kifayət qədər dayanıqlı maliyyə durumu var. İdxal və ixrac əməliyyatları arasında müsbət saldo var. Bu baxımdan bu qiymət kifayət qədər sığortalanmış qiymətdir. OPEC+ formatında danışıqların müəyyən çərçivədə qalması, hasilatın idarə olunması ilə bağlı dəhlizdə qiymət üfiqi dalğalanacaq. Ən azından, 85-95 diapazonu ilin axırına qədər işlək ticarət olunan qiymət dəhlizi kimi qala bilər. Amma hər bir halda istənilən məlumat neftin qiymətinə təsiri edir. Həm ucuzlaşmaya, həm bahalaşmaya. Hazırkı vəziyyət Azərbaycan üçün nə ziyan, nə də xeyir kimi qiymətləndirilə bilməz".

Aynur Əli

0