İsrail-Fələstin müharibəsinin Azərbaycan neftinə təsiri: "Bahalaşa bilər..."

İQTİSADİYYAT
22:22 / 09.10.2023
634

İsrafil və Fələstib arasındakı müharibə davam edir. Bu da öz növbəsində bir sıra proseslərə, o cümlədən neft qiymətlərinə təsir edir. Birjalarda Brent və WTI markalı neftin qiyməti 4% bahalaşıb.

 Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 88,99 dollara çatıb.

Ekspertlər bildirirlər ki, qiymət İsraillə Fələstinin Həmas hərəkatı arasında müharibənin başlaması fonunda yüksəlir.

Maraqlıdır, bu amil Azərbaycan neftinə necə təsir edəcək?

Hit.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycan nefti hadisələrin fonunda bahalaşa bilər:

"Qarşıdakı dönəmdə müharibənin miqyası böyüyərsə, neftə tələbat artacaq. Çünki neft hasilatçısı olan ölkələrin başı bu müharibəyə qarışa bilər. İran, Səudiyyə Ərəbistanı, Suriya kimi ölkələr müharibəyə qarışa bilər. Təkcə İranla Səudiyyə Ərəbistan qarışsa, strateji obyekt olaraq neft infrastrukturu vurulacaq. O halda neftə olan tələbatının yarısı ödənilməmiş qalacaq. Bu halda neftin qiyməti, 1 barelin qiyməti 200-250 dollara da qalxa bilər. Burada Azərbaycanın uduşu neftin qiymətinin bahalaşması ola bilər. Azərbaycan nefti də buna uyğun olaraq bahalaşacaq və ölkə daha çox gəlir əldə edəcək".

Aynur Əli

0