Günümüzün çox hissəsini "yeyən" tıxaclar - Çarə varmı?

İQTİSADİYYAT
18:00 / 10.10.2023
557

Son illər Bakıda tıxaclar daha da artıb. Vətəndaşlar bəzən saatlarla tıxaclı yollarda qalmalı olur. Xüsusilə, pik saatlarda bu tıxaclar vətəndaşlara daha da narahatlıq yaradır. 

Paytaxtda tıxacların əsas səbəbi kimi hər zaman alternativ yolların olmaması göstərilir. İllərdir ki tıxac problemi, həll edilməsi ilə bağlı müzakirələr aparılsa və haqqında çox yazılsa da, problem həll olunmamış olaraq qalır.

Bəs, tıxacların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Hit.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, tıxaclar meqapolislərin baş ağrısına çevirilib:

"Dünyada tıxaclar meqapolislərin əsas probleminə və baş ağrısına çevrilib.  Bakı da son illər daha çox bu problemi yaşayır. Hər gün şəhərin istənilən nöqtəsində, istənilən satda tıxac ola bilir. Qarşısını almaq üçün  konkret layihə hazırlanmalıdır. Layihədə isə nəticə alınacaq variantlar irəli sürülməlidir. Avtomobil yolları qurulmalıdır. 

Yol hərəkətinin təşkilinə yenidən baxmaq lazımdır. Marşurut xətləri ilə metro stansiyalarını əlaqələndirmək vacibdir.

Hərəkət iştirakçılarının bir-biri ilə əlaqələrinin formalaşmaqda olan qarşılıqlı anlaşmalarının aparılması şərtdir.

Həmçinin, KİV -də mütəmadi olaraq mariflənmə aparılmalıdır. Bəzən yol hərəkətlərini tam bilməyən sürücülər də tıxaclara səbəb olur. Ona görə də problemin bütün tərəfləri araşdırılmalı, işlək layihə hazılanmalıdır. Bunlar baş verərsə, qismən də olsa, tıxacdan çıxış yollarını tapmış olarıq".

Aynur Əli

0