“Azərbaycan Ulduzu” məhkəməyə verildi

19:39 / 10.10.2023
371

“Azərbaycan Ulduzu” MMC gömrük qaydalarını pozmaqda ittiham olunur. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb.

İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

483-cü maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Anar

0