“Qala Group” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nigar Qədirlinin icraatında verilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Anar