Qubanın Fətəlixan küçəsində təmir üçün qazılmış yol aylardır bərbad vəziyyətdə qalıb.
3-4 ay əvvəl bu yol qazılsa da, indiyədək təmir olunmayıb.
Mövcud vəziyyət sürücülərə çətinlik yaradır. Sürücülərin sözlərinə görə, yolun bu vəziyyətdə olması nəqliyyat vasitələrinin detallarını tez-tez sıradan çıxarır.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə sözügedən küçə asfaltlanacaq.