Əmlak bazarında son durum: "Qiymətlər artımdadır"

İQTİSADİYYAT
18:04 / 16.10.2023
470

"Əmlak bazarında sakitlik hökm sürür".

Bu sözləri Hit.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, xüsusilə, yeni tədris ilinin başlamasından sonra bir müddət canlanma var idi:

"Sentyabr ayının 15-dən başlayaraq, əmlakların satışı bazarında canlanma var idi. Hazırda isə sakitlik hökm sürür. Bundan əlavə, əmlak bazarında qiymətlərdə artım müşahidə olunur. Amma bazarda müştərinin ən bol olan vaxtı ipoteka kreditlərinin ayrıldığı zamandır. İpoteka kreditləri ayrılan zaman əmlak bazarında çox sayda müştəri olur, amma təbii ki, onların hamısı bazardan yararlana bilmirlər. Bunun da bir sıra səbəbləri var. Bəzən insanların tapdıqları mənzil ipoteka predmentinə çevirilə bilmir. Bəzən qiymətin baha olmasından dolayı ipoteka ilə ev almaq istəmirlər. Yəki, ümumi durum belədir ki, qiymətlərdəki artım davam edir. Həm mənzil satışı, həm kirayəsi, həm ipoteka qiymətlərindəki artım davam etməkdədir".

Aynur Əli

0