Bazarda qiymətlər niyə artır? - "Şikəst bazar iqtisadiyyatı..."

İQTİSADİYYAT
20:00 / 16.10.2023
733

"Azərbaycanda uzun illərdir ki, bazar iqtisadiyyatı modeli tətbiq edilir. Amma bazar iqtisadiyyati tam olaraq oturuşmayıb".

Bu sözləri Hit.az-a açıqlamasında iqtisadiyyatçı Akif Nəsirli deyib. O bildirib ki, qiymətlərin artması üçün zəmin yaradan amillər mövcuddur:

"Şikəst bazar iqtisadiyyatı hökm sürür. Bazar iqtisadiyyatının bütün elementləri var, amma ölkə iqtisadiyyatının 90 faizi inhisarın altındadır. İnhisar olan yerdə də qiymətlərin ucuzlaşdırılması, bazarda ədaləti mühitin formalaşdırılması mümkün deyil. Həmçinin, bazarda keyfiyyətli məhsulun formalaşması da, keyfiyyətli xidmət də mümkün deyil. Azərbaycanda isə qiymətlərin bahalaşması üçün şərait var. Çünki rəqabətli mühit də yoxdur. Həm inhisarçılıq, həm də rəqabətli mühitin olmaması qiymətlərin bahalaşması üçün zəmin yaradır".

Aynur Əli

0