Naxçıvana uçuşlar zərərlə həyata keçirilir - Nazir müavini

İQTİSADİYYAT
13:51 / 18.10.2023
398

Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir.

HİT.az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O qeyd edib ki, bu gün Naxçıvandan başqa bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir. “Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb”, - deyə nazir müavini əlavə edib.

0