Bakı zooparkı məhkəməyə verildi

17:28 / 19.10.2023
460

“Master-Ofis” MMC Bakı Şəhər Heyvanat Parkını məhkəməyə verib. 

Hit.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Nərmin Əhmədova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti maddi ziyanın ödənilməsindən ibarətdir. 

Anar

0