Mərhum nazirin bankı ilə şirkət arasında kredit qalmaqalı

İQTİSADİYYAT
18:07 / 19.10.2023
409

“ATABank” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Aikon Conctruction” MMC-ni məhkəməyə verib. 

Hit.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. 

Şikayətçi bankdır. Bankın şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə baxılacaq. 

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

“ATABank” ASC “ATA Honding”ə daxildir. Bu holdinqin mərhum Fazil Məmmədova məxsus olduğu deyilir. Bank hazırda ləğv prosesindədir.

Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub. O, 2022-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib. 

Anar

0