"Muğanbank"dan sonra bağlanma sırası hansı banklardadır?

İQTİSADİYYAT
19:19 / 20.10.2023
677

Bildiyiniz kimi, Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu. Bu da öz növbəsində zərərlə işləyən digər bankların da bağlanma təhlükəsini gündəmə gətirib. 

Ehtimallar var ki, geriyə qalan 23 bankdan daha 10-u bağlana bilər.

Bəs bu iddialar nə dərəcədə realdır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit az-a açıqlamasında bildirib ki, bu il heç bir bank bağlanmayacaq:

"Muğan Bank"ın bağlanması gözlənilən idi. Çünki səhmdarları əlavə vəsait qoymadılar. Nəticədə zərərlə işləyən bank da bağlandı. Digər problemli banklar da var. Təbii ki,amma bu səviyyədə deyil. Məsələ yenə də ondan ibarətdir ki, səhmdarlar pul qoyacaqlar, ya yox. Azərbaycanda vaxtaşırı banklarda belə problemlər olub. Amma onların səhmdarları onları bu vəziyyətdən çıxarıb. Təbii ki, ölkənin maliyyə vəziyyəti üçün bu bağlanmalar mənfi haldır. Amma bağlanmalı olan bankın bağlanmaması daha pis haldır. Çünki bir bank problemlə işləyəndə digər banklara da mənfi təsir göstərir. Bu il yəqin ki, artıq heç bir bank bağlanmayacaq".

Aynur Əli

0